"Neftçi"nin forvardı bu sözü dilinə gətirdi: "Çətindir"

14 Mart 2023 13:40 Neftçi 687
"Neftçi"nin forvardı bu sözü dilinə gətirdi: "Çətindir"

"Komandamı təbrik edirəm.

Çətin oyun alındı. Səfər oyunları həmişə ağır olur.

Ələlxüsus da, Şamaxıda. Sünii örtüklü meydanda oynamaq çətindir. İkinci yarıda daha yaxşı oynayıb, qələbə qazandıq.

Oyundan-oyuna, məşqdən-məşqə çalışacam ki, özümü yaxşı tərəfdən göstərim".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin forvardı Vato Arveladze klubun televiziya kanalına deyib.

Gürcüstanlı hücumçuj özü üçün hansı mövqedə oynamağın daha rahat olduğunu da bildirib:

"Hücumun həm sol , həm sağ cinahında oynamağı bacarıram. Amma özümü hücumçunun arxasında özümü daha rahat hiss edirəm.

Baş məşqçi hansı mövqeyi tapşırırsa, ora da da özümü yaxşı tərəfdən göstərməyə çalışacam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!