“Neftçi”nin serbiyalı müdafiəçisi Voislav Stankoviç Premyer Liqaya olan azarkeş marağından danışıb.
Sportinfo.az-a açıqlama verdən balkanlı legioner “Turan Tovuz”u dəstəkləyən fanatlar haqda bunları söyləyib:
“Onlara “afərin” demək istəyirəm. Bizimlə Bakıdakı oyunda həqiqətən möhtəşəm idilər.
İlk növbədə bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm.
Eyni zamanda Tovuzdan 6-7 saatlıq yolu qət edib Bakıya təşrif buyuran və tribunalarda möhtəşəm ab-hava yaradan fanatlara “afərin” deyirəm.
Bununla da onlar öz komandalarına və futbola olan sevgilərini göstərmiş oldular.
Açığı, təəccübləndim. Bir daha sübut olundu ki, bizi kubokda “Turan Tovuz”la çox ağır iki oyun gözləyir”.

