“Neftçi”nin qapıçısı xarici mediaya “Qarabağ” və “Sabah”dan nə dedi?

13 Mart 2023 22:40 Neftçi 1 258
“Neftçi”nin qapıçısı xarici mediaya “Qarabağ” və “Sabah”dan nə dedi?

“Çempionatda “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “vecernji.hr” saytına açıqlamasında “Neftçi”nin futbolçusu İvan Brkiç deyib.

Xorvatiyalı qapıçı Premyer Liqada lider “Qarabağ”la aradakı xal fərqi böyük olduğundan, çempionluq yarışına qoşula bilməyəcəklərini gizlətməyib.

O, əsas hədəflərinin Azərbaycan Kubokunu qazanmaq olduğunu söyləyib:

“Ölkə kubokunun yarımfinalındayıq. Əsas favoritlər “Qarabağ” və “Sabah” isə mübarizədən kənarlaşdırılıblar. Buna görə də, kubokda ciddi ambisiyalarımız var”.

Hazırda üçüncü pillədə qərarlaşan “Neftçi” “Qarabağ”dan 13, “Sabah”dan isə 4 xal geri qalır. “Ağ-qaralar” ölkə kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!