“Neftçi”nin “500“ü var - “Qarabağ”dan geri qalırlar

13 Mart 2023 17:20 Neftçi 577
“Neftçi”nin “500“ü var - “Qarabağ”dan geri qalırlar

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yubiley Premyer Liqanın XXVI turuna təsadüf edib.

“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyiblər. Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıblar. Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.

Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

“Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!