Mahmudovun "Neftçi" ilə yeni müqavilə imzalamamasının ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI!

13 Mart 2023 13:00 Neftçi 3 651
Mahmudovun "Neftçi" ilə yeni müqavilə imzalamamasının ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI!

"Neftçi"nin idman direktoru Zaur Əzizov klubun televiziya kanalına açıqlamasında bir sıra maraqlı açıqlamalar verib.

O, Emin Mahmudovun burada qalmaq istəməsindən danışıb:

"Emin "Neftçi" üçün çox dəyərli futbolçudur, onunla müqavilə müddətinin uzadılması ilə bağlı danışıq aparırıq. Hazırda ciddi fikir ayrılığı yoxdur.

Heç kim düşünməsin ki, Emin özünə başqa komanda axtarır. O, daha çox şəxsi həyatı ilə bağlı planları necə quracağına qərar vermək istəyir.

Hazırda onun qərarını verəcək. Emin özü də demişdi ki, həmişə müqaviləm başa çatdıqdan sonra onu uzadıram.

O, heç bir klubla danışıq aparmır. Özü də "Neftçi"də qalmaq istəyir".

Zaur Əzizov burada özündən heç bir yalan uydurmayıb. Proses nə yerdədirsə, onu da söyləyib.

Paytaxt təmsilçisi 2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçini düşərgədə saxlamaqdan ötrü lazım olan bütün cəhdləri edir.

Üçillik yeni müqavilə öhdəlikləri ilə kapitanı tanış eləyiblər. Eminlə maliyyə şərtlərinə razılıq versə, komandanın ən ödənişli futbolçularından biri, bəlkə də birincisi olacaq.

Problem tək ona ödənilməsini tələb etdiyi pulun məbləğində deyil. İş ondadır ki, orta sahə oyunçusunun ailəsi Rusiyaya qayıtmaq istəyir.

Bu ölkədə yaşayan valideynləri də onları tezliklə geri dönməyə səsləyir. Ailənin təkrar Moskvaya köçmək ehtimalı kfiayət qədər ciddidir.

Emin hələlik son qərarını verməyib, yaxınları ilə məsləhətləşmələri davam etdirir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!