"Neftçi"yə futbol oynatmayan Rege, 350 minlik "böyük hücumçu"

13 Mart 2023 09:40 Neftçi 1 850
"Neftçi"yə futbol oynatmayan Rege, 350 minlik "böyük hücumçu"

Qalibiyyət hər zaman gözəldir.

Ortaya qoyulan oyunun zövq verib-verməməsi nəticənin ikinci tərəfidir.

Bu dəqiqə Lorentsiu Regekampfı maraqlandıran rəqəm(lər)dir. Rumıniyalı baş məşqçi mövsümü qurtarmaq, üzümüzə gələn yayı Bakıda keçirmək istəyir.

Titul əldə etməsə, özü də bilir ki, onu burada saxlamayacaq, müqaviləsinə birtərəfli xitam verəcəklər.

Gümüş medalın arxasınca düşüb. «Sabah»dan gözünü çəkmir. Olmasa, deyəcəklər ki, bu da məşqçi deyil, göndərmək lazımdır. Hələ kuboku qazanmaq da var, asanlıqla başa gəlməyəcək.

«Neftçi» Şamaxıda 3 xala layiq futbolu ilə göz doldurmadı. Düzdür, Rege 90 dəqiqənin analizini etmədi, meydanın süni olmasından gileyləndi.

Açığı, mən də baş məşqçi olsaydım və komadam belə oynasaydı, mətbuatın önündə özümü bu cür aparardım.

Futbolçularımdan baxımlı futbol sərgiləməyi tələb etməmişəmsə, media mənsublarına nə söyləyə bilərəm ki..?

Matheus Saldanya rumının seçimidir. Ötən ilin iyunundan görəvdə olan Rege «Neftçi»yə bir nəfər gətirib, o da braziliyalıdır.

350 min avro qarşılığında icarəyə götürüblər. Saldanya vurduğu növbəti qolla yenə 3 xal gətirdi.

Mənzərə budur: autsayderlərlə qarşılaşmalarda bir qayda olaraq fərqlənir. İndi biz onu rahatlıqla kiçik oyunların böyük oyunçusu adlandıra bilərik.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!