“Emin heç bir klubla danışıq aparmır, "Neftçi"də qalmaq istəyir"

12 Mart 2023 16:20 Neftçi 623
“Emin heç bir klubla danışıq aparmır, "Neftçi"də qalmaq istəyir"

"Emin "Neftçi" üçün çox dəyərli futbolçudur, onunla müqavilə müddətinin uzadılması ilə bağlı danışıq aparırıq.

Hazırda ciddi fikir ayrılığı yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Zaur Əzizov deyib.

O, klubun televiziya kanalına açıqlamasında Mahmudovun "Neftçi"də qalmaq istəməsindən danışıb:

"Heç kim düşünməsin ki, Emin özünə başqa komanda axtarır. O, daha çox şəxsi həyatı ilə bağlı planları necə quracağına qərar vermək istəyir.

Hazırda onun qərarını verəcək. Emin özü də demişdi ki, həmişə müqaviləm başa çatdıqdan sonra onu uzadıram.

O, heç bir klubla danışıq aparmır. Özü də "Neftçi"də qalmaq istəyir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!