"Neftçi" bir oyunçudan asılı olmalı deyil" - Eddi İsrafilov

11 Mart 2023 00:50 Neftçi 845
"Neftçi" bir oyunçudan asılı olmalı deyil" - Eddi İsrafilov

"Neftçi"nin futbolçusu Eddi İsrafilov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Şamaxı"ya qarşı keçirəcəkləri matçın hazırlıq prosesində klub televiziyasına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, zədədən yeni sağalan yarımmüdafiəçi tədricən formasını bərpa etdiyini deyib:

“Hazırlıq yaxşı gedir, hər şey öz yolunda, qaydasındadır. Mən də formamı yavaş-yavaş bərpa etdiyimi hiss edirəm.

Amma formamı 100 faiz bərpa etmək üçün məşqlərdə daha yaxşı çalışmalıyam".

Eddi komanda yoldaşı Ata Caaberin zədəli olmasına da toxunub:

"Əlbəttə ki, zədələr də futbolun bir hissəsidir. Biz buna öyrəşməliyik. Amma komanda bir oyunçudan asılı olmalı deyil.

"Neftçi" deyəndə bütün komandanı nəzərdə tuturuq. Kollektiv oyun sayəsində növbəti matçlarda uğurlu nəticələr qazanmağa çalışacağıq”.

"Şamaxı” – “Neftçi” oyunu martın 12-də keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!