«Neftçi»nin Lorentsiu Regekamfp Ramin Nəsirlidən sonra daha bir yerli futbolçunun icarəyə verilməsini istəyib.
Rumıniyalı çalışdırıcı Ömər Buludovun gələcək planlarına daxil olmadığı barədə rəsmiləri məlumatlandırıb.
O, əsas heyətə düşməyən gənc müdafiəçiyə yeni komanda tapılmasını istəyib.
Şərqi avropalı mütəxəssis gənclər yığmasının sabiq üzvünün «Neftçi» səviyyəsində olmadığını, yalnız ortabab klubların birində özünü göstərə biləcəyini iddia edib.
SPORTİNFO.AZ

