“Yayda futbolçu transferləri zamanı düşünmək üçün yetərincə vaxtımız yox idi.
Çünki komandaya iyunun sonunda qoşulmuşdum və bəzi məsələlər artıq həllini tapmışdı”.
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Sportinfo.az-a açıqlamasında “ağ-qaralar”ın transfer siyasəti haqda danışıb.
Rumıniyalı mütəxəssis komandanın güclənməsi zamanı konkret futbolçu adı çəkmədiyini deyib.
“Neftçi”nin güclənməyə ehtiyacı varsa, bunun üçün klub rəhbərliyi tərəfindən müəyyən olunmuş siyasətə sadiq qalınır və yeni futbolçular gətirilir.
Rege bu mövzuda açıqlama verib:
“Yayda futbolçular cəlb olunanda onların kimliyindən xəbərim var idi. Hətta imkan edib 1-2 oyunlarına baxmışdım da.
“Neftçi”də heç bir iş bir nəfərin istəyi ilə görülmür. Klubda işlər əlaqəli şəkildə həyata keçirilir.
Transferlər zamanı prezidentin, idman direktorunun, skautinq departamentinin və mənim qərarım əsas tutulur.
Prezident büdcə ayırmalıdır, idman direktoru mənə futbolçuları təklif etməlidir, mən də skautinq heyəti ilə həmin oyunçulara baxıb qərar vernəliyəm.
Bu gün “Neftçi”də transferlər dediyim formada həyata keçirilir”.
Maraq üçün bildirək ki, rumın baş məşqçinin gəlişindən sonra “Neftçi” heyətini Kenni Sayef, Ataa Caber, Qodsvey Donyo, Yeqor Boqomolski, Vato Arveladze, Höccət Haqverdi, Kilan Lebon və Mateus Saldanya ilə gücləndirib.
Donyo qış fasiləsində “ağ-qaralar”ı “Apollon Limassol”a dəyişib.
HƏBİB

