"Neftçi" Emin Mahmudovu saxlamaq istəyirsə, BU MƏBLƏĞİ ÖDƏMƏLİDİR

9 Mart 2023 11:40 Neftçi 5 319
"Neftçi" Emin Mahmudovu saxlamaq istəyirsə, BU MƏBLƏĞİ ÖDƏMƏLİDİR

«Neftçi» rəhbərliyi ilə komandanın kapitanı Emin Mahmudov arasında növbəti görüş keçirilib.

Müzakirələr sırf yeni müqavilənin imzalanması ətrafında aparılıb.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi ən azı daha 2 mövsüm burada qalmaq istədiyini bildirib. O, başqa təkliflərinin olduğunu, bununla belə, düşərgəni dəyişmək istəmədiyini deyib.

Yığmada da lider statusuna yiyələnmiş orta sahə oyunçusunun yönətimdən əsa sbir tələbi var – maaşının artırılması.

İllik 350 min dollardan artıq əməkhaqqı istəyən Mahmudov, başqa sözlə, «Neftçi»nin ən ödənişli siması olmaq iddiasındadır.

Yaponiya klubundan birillik icarəyə götürülən Mateus Sardanya da daxil, heç bir legioneri özündən üstün saymayan kapitan hesab edir ki, bakılılar arzuladığı məbləği ona ödəmək iqtidarındadır və ən düzü də budur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!