“Neftçi”nin baş məşqçisi söz atdı: “Mən vəd verməyi xoşlamıram”

7 Mart 2023 20:40 Neftçi 1 082
“Neftçi”nin baş məşqçisi söz atdı: “Mən vəd verməyi xoşlamıram”

“Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampf Sportinfo.az-a maraqlı açıqlama verib.

Bakılı azarkeşlərdən narazılığını biruzə verən rumıniyalı çalışdırıcı Premyer Liqanın qızıl medalını qazanmağa çalışacaqlarını bildirib:.

“Azarkeşlərə xoş günlərlə bağlı konkret tarix sözü verə bilərmi? Xeyir, mən vəd verməyi xoşlamıram.

Onu deyə bilərəm ki, çempion olmaq bizim ən böyük arzumuzdur və hədəfə çatmaq üçün hər dəqiqə çalışırıq.

Amma birinci pillədə olsaq belə, heç də bütün azarkeşlər məmnun olmayacaq. Onda da nəsə tapacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti