Azərbaycanlı futbolçular karyerasını Avropa klubunda davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin yetirməsi olan Ramin Nəsirli ilə "Turan Tovuz"dan tanıdığımız Nazim Həsənzadə dünən "Dauqavpils"lə anlaşıb.
Müqavilənin müddəti bu ilin sonuna qədərdir.
Ramin Latviya klubunda icarə əsasında top qovacaqsa, Nazim artıq "Dauqavpils"ə məxsusdur.
Nəsirli yeni komandasında "9", Həsənzadə "87" nömrə altında mübarizə aparacaq.
HƏBİB

