"Neftçi"nin legioneri Sezar Meza Kolli Misli Premyer Liqanın 25-ci turunda "Turan Tovuz"u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, komandasının ilk qolunu vuran paraqvaylı yarımmüdafiəçi 4:0 hesabıyla başa çatan görüşlə bağlı klubun televiziyasına bunları deyib:
"Qələbə qazandığımıza görə sevinirəm. Qol vurduğum üçün də şadam.
Komandaya fayda verməyə çalışıram. Uzun müddət sonra qol vurmaq sevindiricidir.
Burada bütün komandanın əməyi var. Əsas olan qələbə qazanmaq idi.
Yavaş-yavaş formamı bərpa etməyə çalışıram. Tam hazır olduğumu demək olmaz".

