“Özüm mətbəx adamıyam və yeməklərin dadını ayırd etməyi bacarıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Loremtsiu Regekampf deyib.
Ötən ilin iyunundan ölkəmizdə çalışan rumıniyalı çalışdırıcı gündəlik həyatından danışıb. O, Azərbaycan mətbəxindən tez-tez yararlandığını bildirib:
“Düzünü desəm, evdə ən çox vaxt keçirdiyim yer mətbəxdir. Azərbaycanın milli yeməkləri çox dadlıdır.
Adlarını bilməsəm də, üzdən tanıyıram, dadını bilirəm. “Qəbələ” restoranında yediyimiz ət məhsulu var, onu çox dadlı bişirirlər.
Açığı, ən çox sevdiyim yeməkdir (səbət kababını nəzərdə).

