“Neftçi” ilə bağlı QALMAQALLI VİDEO - Hörmətsizlik edildi

6 Mart 2023 20:40 Neftçi 1 001
“Neftçi” ilə bağlı QALMAQALLI VİDEO - Hörmətsizlik edildi

“Bakcell Arena”da keçirilən “Neftçi” – “Turan Tovuz” görüşündən sonra (4:0) qonaq azarkeşlər üsyan edirdi.

Komandaların giriş-çıxış etdiyi qapıların yanına yaxınlaşan tovuzlu fanatlar narazılığını dilə gətirirdi.

Onları özündən çıxaran meydan sahibi klubun qonaq futbolsevərlərə göstərdiyi münasibət idi.

Belə ki, oyundan əvvəl Tovuzdan gələn azarkeşlər bilet almaq üçün kassalara yaxınlaşsalar da, onlara lazımi sayda bilet satılmayıb.

Təxminən 50 bilet satıldıqdan sonra biletin tükəndiyini bildirən kassa işçisi onları özündən çıxarıb.

İşə “Turan Tovuz” rəsmilərinin qarışmasından sonra problem nisbətən həllini tapıb.

Lakin bu, qonaq fanatların tribunadakı yerini tutmasını ləngidib. Nəticədə onlar 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı öncədən nəzərdə tutduğu planı həyata keçirə bilməyib.

Narazı azarkeşlərdən biri yaranmış vəziyyətlə bağlı Sportinfo.az-a danışıb:

“Bizə bilet satmırlar, sonra da deyirlər, bileti olan keçsin, olmayan qalsın bayırda. Cibimdəki pulla biletimi alıram. Niyə satmırlar, niyə? 5a sektoruna 50 bilet verdilər, vəssalam.

450 kilometr yol gəlmişik ki, stadiona 20-ci dəqiqədə girək? Belə insafsızlıq olmaz! Biz Tovuzda bunlara qarşı belə davranmamışıq. 70 bilet istəyirik, 20-sini verir, 50-sini vermir. Deyir, aparat işləmir.

8 Mart bayramına görə 8-ci dəqiqədə qadınların şəninə plakat açmaq istəyirdik. Amma çıxılmaz vəziyyətdə qaldığımızdan, 15-ci dəqiqədə açdıq. Oyun başlayanda nə qədər adam qapıların arxasında qalmışdı. 200 bileti sonradan gətirdilər”.

HƏBİB / SPORTİNFO.A

Başqa bir gənc azarkeşin narazılığını video şəklində təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!