Premyer Liqanın 25-ci turunda "Neftçi" doğma meydanda "Turan Tovuz"u qəbul edib – 4:0
Qonaq komandanı dəstəkləmək üçün "Bakcell Arena"ya xeyli sayda tovuzlu azarkeş təşrif buyurub.
Onlardan bir qismi hakimin start fitinə qədər tribunadakı yerini tutsa da, 100-ə yaxın futbolsevər giriş qapılarının önündə qalıb.
Buna tovuzluların bileti vaxtında almaması və qonaqlar üçün cəmi bir giriş qapısının ayrılması səbəb olub.
Klub rəsmilərinin problemi yoluna qoymasından sonra qonaq fanatlar matçın 20-ci dəqiqəsində tam tərkibdə 5A sektorundakı yerini tutmağa nail olub.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

