"Neftçi"dən 1500 imzası

6 Mart 2023 10:40 Neftçi 794
"Neftçi"dən 1500 imzası

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub.

"Ağ-qaralar"ın yubiley qolu ölkə çempionatının XXV turuna təsadüf edib. "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.

Digər Xəbərlər
Xəbər Lenti