"Neftçi" "Yuventus", "Beşiktaş", "Şalke" və başqaları

6 Mart 2023 01:10 Neftçi 492
"Neftçi" "Yuventus", "Beşiktaş", "Şalke" və başqaları

"Neftçi"nin U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup" beynəlxalq turnirində iştirak edəcək.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri "H" qrupunda Türkiyənin "Beşiktaş", "Giresunspor", İzmir şəhərinin çempionu, İtaliyanın "Yuventus", Almaniyanın "Şalke", Fransanın "Metz", Belçikanın "Vesterlo" və Rusiyanın "Zenit" klubları ilə mübarizə aparacaq.

72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları ilə yanaşı, PSJ (Fransa), "Bavariya" (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri yarışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!