2017-ci ilin fevralında «Sumqayıt»ın prezidenti postunu «Neftçi»yə dəyişən Kamran Quliyevin gələcək aqibətinə aydınlıq gəlib.
Bu barədə Sportinfo.az-a yeni məlumat daxil olub.
Redaksiyamızın əldə etdiyi informasiyaya görə, SOCAR-ın prezidenti, eyni zamanda, «Neftçi»nin Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf onunla işbirliyini davam etdirmək marağındadır.
O, azı daha 1 il paytaxt təmsilçisinin idarəçilik institutunun başında dayanacaq. Hər halda bugünə olan son bilgi bundan ibarətdir.
Ola bilər ki, sabah mövqe və fikirlər dəyişsin - bax, belə bir hadisənin rəsmiləşmə ehtimalını da istisna etmirik.
Kamran Quliyev AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov tərəfindən «Neftçi»yə gətirilib. İndi isə onlar arasında əlaqələr çox zəif, yox səviyyəsindədir.
Quliyev ötən müddət ərzində müyyən yeni əlaqələr qura, SOCAR-da görəvə gələn insanlarla yaxınlaşa bilib.

