“Mən narahatam, “Neftçi“də heç kim qalmadı, hərəsi bir tərəfə getdi“

4 Mart 2023 22:40 Neftçi 1 086
“Mən narahatam, “Neftçi“də heç kim qalmadı, hərəsi bir tərəfə getdi“

“Bizim vaxtımızda komandada çox sayda gənc futbolçular var idi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin sabiq legioneri Slavço Georgiyevski deyib.

10 il öncə ağ-qara formanı geyinmiş şimali makedoniyalı sabiq yarımmüdafiəçi onu ən çox narahat edən problemlərdən danışıb.

Balkanlı veteran Bakı komandasında tez-tez aparılan islahatlara və vaxtilə “Neftçi”də yetişən gənclərin komandadan uzaq düşməsinə diqqət çəkib:

“Onlar yetişdikcə komandaya fayda verəcəkdi. Amma heç kim qalmadı, hərəsi bir tərəfə getdi.

Niyə qalmadılar? Bunun səbəbini araşdırmaq lazımdır.

Gənclərə güvənmək çox vacibdir. Son illər “Neftçi“də belə oyunçuları az görürəm.

Mən narahatam ki, doğrudanmı, daha “Neftçi“də o cür gənclər yetişmir? Hər il komandada xeyli islahatlar aparılır və gördüyüm odur ki, bu, gənclərin yolunu açmır“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!