“Neftçi”nin ağır zədə alan futbolçusu son durumunu “Sportinfo”ya açıqladı

4 Mart 2023 17:40 Neftçi 801
“Neftçi”nin ağır zədə alan futbolçusu son durumunu “Sportinfo”ya açıqladı

“Xəstəxanada olarkən tikişlərin sökülməsi üçün 7-10 gün gözləməli olduğumu demişdilər.

Hələ ki, evdəyəm, tikişlərin sökülməsini gözləyirəm”.

“Neftçi”nin “Qarabağ”la oyunda ağır zədə alaraq azı 1 ay müddətinə sıradan çıxan futbolçusu Sportinfo.az-a açıqlamasında hazırkı durumundan söz açıb.

Ağdamlılarla prinsipial qarşılaşmada meydanda ən yaxşılardan olan israilli yarımmüdafiəçi sürüşmə fəndini yerinə yetirərkən ayağından ağır zədə almışdı.

İlk baxışdan ayağının sındığı ehtimal olunsa da, həkim müayinəsindən sonra Caberin zədəsinin düşünülən qədər ciddi olmadığı aşkarlandı.

Səbəbkar xəsarət aldığı epizodu yada salıb, bu haqda danışmaq istəməsə də, hazırkı durumu ilə bağlı bunları deyib:

“Geridə qalan vaxt ərzində gözləmişəm, dincəlmişəm. Sabahdan etibarən yüngül gimnastik hərəkətlərə başlayacam.

Bədənimi və sağlam olan sağ ayağımı hərəkət etdirməliyəm. Həkimlərin tapşırdığı vitaminləri və dərmanları qəbul edirəm.

Bu dəqiqə əsas məqsədim qısa müddətdə bərpa olunub məşqlərə başlamaq və “Neftçi”yə kömək etməkdir.

Hər ötən gün vəziyyətim yaxşıya doğru dəyişir. Şiddətli ağrılarım yoxdur, özümü gümrah hiss edirəm”.

Ötən yay “ağ-qaralar”la müqavilə bağlayan Ataa Caber geridə qalan müddətdə bütün yarışlarda meydana çıxdığı 28 matçda 5 qol vurub, 4 qolun ötürməsini verib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!