«Neftçi» rəhbərliyi Premyer Liqanın ötən turunda «Qarabağ»la 1:1 edən komandaya mükafat söz verməyib.
Bu barədə Sportinfo.az-a «ağ-qaralar»ın yarımmüdafiəçisi Kilan Lebon bildirib.
Qış fasiləsində paytaxt təmsilçisi ilə müqavilə imzalayan fransalı legioner derbidən öncə mükafatla bağlı onlarla söhbətin edilmədiyini söyləyib:
«Bu haqda danışığımız olmayıb. Komandamızın adı üçün oynayırdıq və məqsədimiz qalib gəlmək idi
. Təəssüf ki, qələbə qazanmağa yaxın olduğumuz qarşılaşmanı 1 xalla başa vurduq».

