"Neftçi"də hamı günləri sayır - Yeni rəhbərlik mühüm qərarları nə vaxt açıqlayacaq?

3 Mart 2023 23:20 Neftçi 973
"Neftçi"də hamı günləri sayır - Yeni rəhbərlik mühüm qərarları nə vaxt açıqlayacaq?

Bu ay «Neftçi»nin Müşahidə Şurasının (MŞ) növbəti toplantısı keçiriləcək.

Redaksiyamıza daxil olan məlumata görə, yığıncaq qarşıdakı günlərdə baş tutmalıdır.

MŞ-nın fevralda bir araya gəlməsi gözlənilsə də, iclas müxtəlif səbəblərdən baş tutmayıb. Şura üzvlərinin bunun üçün uyğun vaxt tapa bilməməsi gündəlikdə dayanan məsələlərin müzakirəsini ertələyib.

Qarşıdakı toplantıda klubun cari işləri ilə yanaşı, həyata keçirilməsi nəzərdə tutulan yeni planlar ətrafında fikir mübadiləsi aparılacaq.

Bir sıra mühüm qərarların verilməsi gözlənilir. Bu barədə əlimizdə müəyyən bilgilər və onları qısa zamanda oxucularımızla bölüşəcəyik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!