“Neftçi”nin idman direktoru ŞOK FAKT açıqladı: "Onun üçün çox yuxarı məbləğ istədilər"

3 Mart 2023 11:40 Neftçi 1 913
“Neftçi”nin idman direktoru ŞOK FAKT açıqladı: "Onun üçün çox yuxarı məbləğ istədilər"

“Neftçi” qış transfer pəncərəsində Kiyev “Dinamo”sunun hücumçusu Artyom Besedini heyətinə qatmaq istədiyi ilə bağlı məlumat vermişdik.

O, Ukrayna klubundan ayrılsa da, “Neftçi” ilə yox, Kipr “Omoniya”su ilə müqavilə imzaladı.

Məsələyə münasibət bildirməsi üçün “Neftçi”nin idman direktoru Zaur Əzizovla əlaqə saxladıq.

Klub rəsmisi həqiqətən də Besedinlə yanvarda anlaşmağa yaxın olduqlarını, lakin Kiyev “Dinamo”su ilə razılaşma əldə etmədiklərini bildirdi:

“Futbolçu ilə demək olar bütün şərtlərdə razılığa gəlmişdik. Lakin Kiyev klubu futbolçunu yalnız mövsümün sonuna qədər icarəyə verə biləcəyini bildirdi.

Biz isə öncədən də klubda müəyyən etmişdik ki, yalnız avrokuboklar yarışlarında iştirak edə biləcək futbolçularla müqavilə imzalanacaq.

Besedinin isə mövsümün bitimindən sonra klubdan ayrılmaq ehtimalı var idi. “Dinamo” rəhbərliyi ilə bir neçə gün davam edən danışıqlarımız oldu.

Lakin yalnız mövsümün sonuna qədər icarə variantının olduğunu bizə bildirdilər. Transfer üçün isə reallıqdan çox yuxarı məbləğ istədilər.

Besedin də “Dinamo”dan ən azı bir illik icarəyə razı olmağı xahiş etsə də, nəticə vermədi”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!