İki futbolçudan gələn xəbər "Neftçi"ni üzdü - FOTOREPORTAJ

3 Mart 2023 00:40 Neftçi 2 072
İki futbolçudan gələn xəbər "Neftçi"ni üzdü - FOTOREPORTAJ

“Neftçi” Premyer Liqanın 25-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”la oyunun ertəsi günü istirahət edən “ağ-qaralar” martın 1-də hazırlığa başlayıb.

Bu gün baş tutan məşqdə zədəli Ataa Caber iştirak etməyib. Rəhman Hacıyev isə fərdi məşğul olub.

Martın 5-də saat 19:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletləri dünəndən satışdadır.

Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

Digər Xəbərlər
Xəbər Lenti