“Abdullah Zubirlə yaxından tanışlığım var”
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yeni yarımüdafiəçisi Kilan Lebon deyib.
Qış fasiləsində Qazaxıstandan Azərbaycana gələn fransalı vinger həmyerlisi, 5 ildən artıqdır “Qarabağ”ın şərəfini qoruyan Abdullah Zubirlə öncədən münasibətlərinin yarandığını bildirib.
O, “oyun tərzinə görə onunla oxşar olduğunu düşünürsən” sualına bu cür cavab verib:
“Bəlkə də bir az var. Amma biz fərqli futbolçularıq”.

