"İsmayıl Zülfüqarlının meydandan çıxarılması yersiz hərəkət idi".
Bu fikirlər ATV-də yayımlanan “Futbolumuz” verlişində səsləndirilib.
Verlişdə qonaq olan Sportinfo.az-ın əməkdaşı Xanoğlan İmanov “Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampfın “Qarabağ”la derbidə etdiyi dəyişikliyi doğru saymayıb.
O, İsmayıl İbrahimlini 75-ci dəqiqədə Eddi İsrafilovun yerinə meydana buraxıb, 90+1-ci dəqiqədə Sezar Meza Kolli ilə əvəzləməsini tənqid edib.
Deyib ki, bu hal gənc yerli futbolçunun psixoloji durumunda gərginlik yaradacaq və toparlanması zaman alacaq:
“Rumıniyalı bildurib ki, bunda məqsədi vaxt qazanmaq olub. Görünür, 1 xalın da əldən çıxacağının fərqində olub.
O, bu hadisənin İsmayıla təsir göstərməyəcəyini söyləyib. Amma İsmayıla özünə gəlmək çətin olacaq.
Hər şey Regekampfın deməyi ilə deyil. Futbolda bəzi reallıqlar var ki, onları qəbul eləmək lazımdır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

