Məşhur klubun hücumçusu "Neftçi"ni necə aldatdı?

2 Mart 2023 14:40 Neftçi 2 588
Məşhur klubun hücumçusu "Neftçi"ni necə aldatdı?

Ölkə kubokunu qazanmaq, bununla da mövsümü xilas etmək istəyən «Neftçi» dövrələrarası fasilədə 3 yeni futbolçu ilə gücləndi.

Millinin müdafiəçisi Höccət Haqverdini «Sumqayıt»dan alan «ağ-qaralar» daha 2 legionerlə anlaşdı.

Fransalı vinger Kilan Lebon və braziliyalı hücumçu Mateus Saldanya bakılıların sıralarında yer aldı.

«Neftçi» son anda səsli-küylü bir transfer də həyata keçirə bilərmiş... Demə, klub rəhbərliyi "Dinamo"nun (Kiyev) hücumçusu Artyom Besedinlə xeyli müddət danışıqlar aparıb.

«Ağ-qaralar» 26 yaşlı forvardı icarəyə götürmək məqsədilə Ukrayna tərəfinə rəsmi təklif göndərib.

"Dinamo"nun rəsmiləri bakılı həmkarlarının şərtlərini qəbul eləyib. Həmçinin səbəbkarın özü.

Gəl ki, o, son anda Kipr “Omoniya”sına üsttülük verib. yaxınlarının istəyi ilə belə seçim edən Besedin icarə əsasında Nikosiya klubuna keçib.

Artyom Ukraynanın bütün yaş qrupları üzrə yığmalarının formasını geyinib. 2016-ci ildən dəvət aldığı əsas millidə isə 19 oyuna çıxıb və 2 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!