Premyer Liqanın 24-cü turunun son oyunu "Azərsun Arena"da "Qarabağ" və "Neftçi" klubları arasında keçirildi.
Sportinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdən sonra "Neftçi"nin kapitanı Emin Mahmudov instaqram hesabında matçla bağlı paylaşım edib.\
"Ağ-qaralar"ın yarımmüdafiəçisi paylaşımında "Qarabağ"ın futbolçusu Qara Qarayevi də işarə edərək "dumanlı albion, qardaşım Qara Qarayev" yazıb.
Ağdam klubunun futbolçusu isə Mahmudovun paylaşımına bu cür reaksiya verib: "Sənə qarşı oynamaq da, səninlə birlikdə oynamaq da mənə zövq verir".


