“Yaxşı oynadığımızı deyə bilərəm və buna görə də qələbə qazanmağa layiq idik”.
Bu sözləri Sportiufo.az-a açıqlamasında “Neftçi”nin fransalı legioner Kilan Lebon deyib.
Premyer Liqanın son turuna təsadüf edən “Qarabağ”la “Neftçi” arasındakı prinsipial oyunda qonaqların ən fəal futbolçusu Lebon idi.
Yer aldığı sol cinahın ağasına çevrilən vinger komandasının yeganə qolunu vurmaqla yanaşı, “Qarabağ”ın müdafiəçilərinə nəfəs almaq imkanı vermirdi:
“Hesabda öndə idik, rəqib sonradan bərabərlik qolunu vurdu. Buna baxmayaraq, xal qazandıq. Yaxşı nəticədir, məncə.
Ümid edirəm ki, mövsümün sonuna kimi bu cür davam edəcəyik. Ataa Caberin zədələnərək meydanı tərk etməsi oyununuza təsir etdi.
Çünki komandada hamı o zədəni gördü. Həmin görüntü bizə psixoloji cəhətdən pis təsir etdi.
1 xal qazandıq, yoxsa 2 xal itirdik? İki xal itirdik. Dediyim kimi, uzun müddət hesabda öndə idik və hesab açılandan sonra real qol şanslarımız var idi”.

