Son illər "Neftçi"yə belə forvard gəlməyib

1 Mart 2023 23:00 Neftçi 3 358
Son illər "Neftçi"yə belə forvard gəlməyib

"Neftçi"nin qış fasiləsində etdiyi son transfer Mateus Saldanya oldu.

Müqavilə ilə Yaponiyanın "Çiba" klubuna məxsus legionerlə 1 illik müqavilə imzalanıb.

Braziliyalı oyunçu düşərgəyə gec qoşulsa da, özünü heç yeni kimi aparmır.

Qısa müddətdə "ağ qaralar"a alışan futbolçu özünə əsas heyətdə yer etməyi bacardı.

Əslində onun elə ilk görüşdəki performansı diqqətimi çəkmişdi. Fiziki cəhətdən güclü olan hücumçunun mövqe seçimi, sürəti, texniki hərəkətləri də yerində kimi görünürdü.

Bir oyunla qərar vermək bir az tələskənlik olardı. Amma sonrakı oyunlar da stabil çıxışla yadda qalmağı bacardı.

"Qarabağ"la derbidən sonra isə əminliklə onun son illər "Neftçi"yə gələn ən yaxşı "9 nömrə" olduğunu iddia edə bilərəm.

Ağdamlılarla oyuna kimi keçirdiyi ilk 4 matçda qol vuran Saldaniya əzəli rəqibin qapısından top keçirə bilməsə də, matçın ən yaxşılarından ola bildi.

Hərəkətdə olmağı sevən forvard meydanın müxtəlif yerlərində mövqe alır. İşgüzar biridir.

Məsələn, son oyunda bir epizod topla uzun məsafə reyd etdi, inadkarlıq və ustalıqla Kevin Medinanı arxada qoyub Emin Mahmudova ideal ötürmə etsə də sonuncu əla şansı qaçırdı.

İlk hissədə Medina, ikinci yarının əvvəlində Rahil Məmmədov sarı vərəqə ilə cəzalandı. Hər iki halda da mübarizənin mərkəzində Saldaniya vardı. Hər halda bir forvardın rəqibin hər iki mərkəz müdafiəçisinə sarı vərəqə aldırması kiçik detal deyil. Açıq-aşkar görünürdü ki, onunla bacarmaqda çətinlik çəkirlər.

Məncə, cənubi amerikalı başladığı sürəti davam etdirə bilsə, "Neftçi"nin liderlərindən birinə çevrilə biləcək. Təbii ki, məxsus olduğu klub onun burada daha çox qalmasına əngəl törətməsə.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!