«Neftçi»nin kapitanı Emin Mahmudova yeni təklif gəlib.
Rusiyadan olan menecerlər yarımmüdafiəçi ilə əlaqə saxlayaraq, bu ölkəyə qayıtmaq istəyib-istəməməsiylə maraqlanıb.
Agentlər vaxtilə yerli Premyer Liqada «Saturn», «Spartak» və «Krılya Sovetov»un formasını geyinmiş orta sahə oyunçusuna iki klubun onunla maraqlandığını bildirib.
Millimizin üzvünün «Neftçi» ilə müqaviləsi bu ilin yayında başa çatır. «Ağ-qaralar» 6 ildir bu formanı geyinən 31 yaşlı liderini paytaxtda saxlamaq niyyətindədir.
Ona 2 illik yeni kontrakta təklif olunub. Emin hələlik «Neftçi»nin çağırışına qoşulmayıb, gözləmə mövqeyinə çəkilib.
SPORTİNFO.AZ

