Qış fasiləsində "Neftçi"nin yollarını ayırdığı Mamadu Mbodjun yeni klubu bəlli olub.
29 yaşlı seneqallı karyerasını Qazaxıstanda davam etdirəcək. Mərkəz müdafiəçisi "Ordabaşı"ya keçib.
Mbodj yerli Premyer Liqa təmsilçisini ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. 29 yaşlı legioner "Ordabaşı"da 26 nömrəli forma ilə çıxış edəcək.
Mamadu Mbodj 2019-cu ilin yanvarından 2022-ci ilin sonunadək "Neftçi"də çıxış edib. Afrikalı Qazaxıstanda hər ay 10 min dollar pul qazanacaq.
Müqayisə üçün deyək ki, o, burada həmin məbləğdən daha çox əməkhaqqı alırdı.
SPORTİNFO.AZ

