"Qarabağ"a qol vuran "Neftçi"nin fransızı nəyə təəssüfləndi?

28 Fevral 2023 00:30 Neftçi 1 008
"Qarabağ"a qol vuran "Neftçi"nin fransızı nəyə təəssüfləndi?

"Neftçi" Azərbaycan Premyer Liqasının 24-cü turunun oyununda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın qolunun müəllifi Kilan Lebon matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Fransalı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırırıq:

- Düşünürəm ki, yaxşı oynadıq. Yaxşı oynadığımıza görə qələbə qazanmağa layiq idik. Rəqib sonra bərabərlik qolunu vurdu. Buna baxmayaraq, 1 xal qazandıq. Yaxşı nəticədir. Ümid edirəm ki, mövsümün sonuna kimi bu cür davam edəcəyik.

- Ataa Caberin zədələnərək meydanı tərk etməsi oyununuza təsir etdi?

- Bəli, təsir etdiyini düşünürəm. Çünkü, hamı o zədəni gördü. Bizə psixoloji cəhətdən pis təsir etdi.

- "Qarabağ"la səfərdə heç-heçə etdiniz. 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Deyərdim ki, 2 xal itirdik.

- Abdullah Zubirlə yaxından tanışlığınız var?

- Bəli.

- Oyununuzda oxşarlıq görürsən?

- Bir az var. Amma biz fərqli oyunçularıq.

- Matçdan öncə qələbə üçün mükafat vəd edilmişdi?

- Xeyr. Bu barədə danışığımız olmayıb. Məqsədimiz qələbə qazanmaq idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!