"Şeydayev vətəndaşlığını dəyişdi, o, artıq Piterdə sevilmir"

6 Dekabr 2019 11:49 Milli komanda 1 553
"Şeydayev vətəndaşlığını dəyişdi, o, artıq Piterdə sevilmir"

Yaya qədər Moskva "Dinamo"su ilə müqaviləsi olan milli komandamızın hücumçusu Ramil Şeydayev komandanı tərk etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatı forvardın qış fasiləsindən sonra "Dinamo"da qalmayacağını yazır. Bu gün Premyer Liqanın 15-ci turu çərçivəsində səfərdə "Zenit"in qonağı olacaq Moskva klubunun hücumçusunun məhz Sankt-Peterburq yetirməsi olduğu qabardılıb. 23 yaşlı Ramilin "Zenit"i tərk edib vətəndaşlığını dəyişdiyinə görə artıq Piterdə sevilmədiyi vurğulanır:

"Şeydayev "Dinamo"da keçirdiyi 8 oyunda qol vura bilməyib. Son iki ayda cəmi 2 görüşdə iştirak edib, axırıncı dəfə noyabrın ortalarında Azərbaycan millisinin formasında meydana çıxıb. Dörd il əvvəl hər şey fərqli idi. Məhz həmin vaxt Andre Villaş-Boaş onu "Zenit"in əsas heyətinə cəlb etdi. Əvəzedicilərdə 13 oyunda 10 qol vurmuşdu. Şeydayev vətəndaşlığını dəyişdikdən sonra 6 klubda çıxış etdi, 57 matçda yalnız 10 qol vurdu. Bu gün Ramilin adı "Zenit"lə qarşılaşmada iştirak ərizəsinə salınacaq, amma meydana çıxmaq ehtimalı çox azdır. Şeydayev indi rəqiblər üçün təhlükəli deyil".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"