Samir Əliyev: "Çətindir"

28 Sentyabr 2022 01:10 Milli komanda 462
Samir Əliyev: "Çətindir"

"Yeni yaranan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik.

Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Bakıda Moldova ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bu matçın yığma üçün faydalı olduğunu bildirib:

"Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı.

Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq.

Təəssüf ki, yaxaladığımız imkanlardan yararlana bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"