Yığmamız seçmə mərhələdə fiaskoya uğradı!

28 Sentyabr 2022 01:00 Milli komanda 419
Yığmamız seçmə mərhələdə fiaskoya uğradı!

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu kollektiv 2-ci qrupdadakı sonuncu oyununda Lüksemburq yığması ilə qarşılaşıb.

Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada oynanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.

Qrupun digər matçında Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib - 1:1.

Bu nəticələrdən sonra 5 xalı olan "ay-ulduzlular" qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

Avro-2023, seçmə mərhələ

Lüksemburq – Azərbaycan 1:0

Qol: Leon Elşan, 7-pen.

Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)

Bolqarıstan - Türkiyə 1:1

Qollar: Karapo, 66 (0:1), Pavlov, 70 (1:1)

Xallar: Türkiyə - 5, Lüksemburq - 5, Bolqarıstan - 5, Azərbaycan - 0.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu