"Bunu etməyə məcbur idik"

28 Sentyabr 2022 00:40 Milli komanda 575
"Bunu etməyə məcbur idik"

Slovakiya millisinin müdafiəçisi Kristian Vallo Millətlər Liqasının C3 qrupunun 5-ci turunda Trnavada Azərbaycana məğlubiyyəti (1:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, slovakiyalı futbolçu görüşü bu cür dəyərləndirib:

“Birinci hissədə Azərbaycan millisi bizi mərkəzdə yaxşı “bağladı” və cinahlarda topla yaxşı işləməyi bacarmadıq.

Baxmayaraq ki, bunu etməyə məcbur idik. Çünki baş məşqçimizin bizdən əsas istəyi belə idi. Fasilədən sonra işimiz yaxşıya doğru gedirdi.

Daha tez-tez irəli getdik, mərkəzi keçməyi bacarırdıq. Təəssüf ki, əvvəlki dəqiqələrdə bəzi fürsətləri boşa vermişdik.

Halbuki oyunun axarını öz xeyrimizə dəyişmək imkanımız yaranmışdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı