“Bu adamlar indi haradansa əsən küləyin təsiri ilə yenidən…” - VİDEO

27 Sentyabr 2022 21:20 Milli komanda 853
“Bu adamlar indi haradansa əsən küləyin təsiri ilə yenidən…” - VİDEO

Son günlər millimizin ətrafında gedən əsas söhbət budur – Canni De Byazı qalsın, yoxsa getsin?

Cəmi bir ay bundan öncə Məşqçilər Komitəsinin üzvü olan mütəxəssislər italyan çalışdırıcıdan narazlıqlarını ifadə edir və onunla yolları ayırmaqdan başqa heç bir yol görünmədiklərini bildirirdilər.

İndi isə həmin adamlar UEFA Millər Liqasında son 3 qələbəni yalnız onun xidməti kimi təqdim etməyə çalışıdrılar.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov mövzu ilə bağlı maraqlı şərh verib.

Bildirib ki, bu qələbələrdə ilk növbədə futbolçuların əzmkarlığı, oyun planlarına riayyət etmələri, haradasa bəxtimizin gətirməsi rol oynayıb:

“Habelə bir şeyi unutmaq olmaz ki, komandaya böyük məbləğdə mükafat vəd edilib. Komitənin üzvlərinin demək olar hamısı müəyyən vaxtlarda milli komandanın başında dayanıb.

Lakin heç birinin bu vəzifədə uğur qaznadığını deyə bilmərik. İndi isə haradansa əsən küləyin təsiri ilə yenidən fikirlərini dəyişirlər.

Bu adamlar bir neçə günün içərisində bir insanı sıfıra endirə və yaxud da göyə qaldırırlar. Belə populist çıxışların yeri yoxdur.

Burada bir dilemma var. Biz işimizi kimlə davam etdirməliyik: əcnəbi, yoxsa yerli mütəxssislə?”.

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!