Millimizi qrup ikincisi edən – VİDEO+FOTOREPORTAJ

27 Sentyabr 2022 02:30 Milli komanda 420
Millimizi qrup ikincisi edən – VİDEO+FOTOREPORTAJ

Milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.

Qazaxlar artıq ötən turdan qrup liderliyini təmin etmişdisə, ardıcıl iki oyundur qalib gələn millimiz ikincilik uğrunda mübarizə aparırdı.

Oyun millimizin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Millimiz tarixində ilk dəfə ardıcıl 3 matçda meydanı qələbə ilə tərk edib.

Xallarını 10-a çatdıran yığmamız qrupu 2-ci pillədə başa vurub.

Azərbaycan – Qazaxıstan - 3:0

Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Digər Xəbərlər
Xəbər Lenti