Əsas millidə şans qazanmayan müdafiəçi U-21-ə cəlb olundu

27 Sentyabr 2022 02:30 Milli komanda 510
Əsas millidə şans qazanmayan müdafiəçi U-21-ə cəlb olundu

Bakıda Moldova yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı” klubunun müdafiəçisi Cəlal Hüseynov hazırlıq prosesində iştirak edəcək.

Bundan əlavə, sentyabrın 27-dəki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da olacaq.

Cəlal Hüseynov UEFA Millət Liqasında Slovakiya və Qazaxıstanla görüşlər üçün əsas yığmaya cəlb olunsa da, matçlarda meydana çıxmayıb.

Səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən milli Bakıda Qazaxıstanı 3 cavabsız qolla üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı