Aldanmayın, müqaviləni uzatmayın, utandırmayın - GÜNÜN VİDEOSU

26 Sentyabr 2022 20:00 Milli komanda 909
Aldanmayın, müqaviləni uzatmayın, utandırmayın - GÜNÜN VİDEOSU

Milli komandamız UEFA Millətlər Liqasının 2022-2023-cü il mövsümündə sonuncu oyununu keçirib.

C liqasının 3-cü qrupunda yer alan komandamız Qazaxıstanı qəbul edib.

Yığmamız ikinci hissədə vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan qrupu 10 xalla ikinci pillədə başa vurub.

Sportinfo TV-də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərov komandamızın son matçdakı performansını dəyərləndirib.

Bildirib ki, bu nəticələr aldadıcı olmamalıdır, baş məşqçi Canni De Byazi ilə müqavilə uzadılmamalıdır.

Tanınmış aparıcı-ekspert onu da diqqətə çatdırıb ki, əgər italiyalı ilə kontrakt yenilənərsə, futbolumuz adına növbəti utancverici dönəm başlaya bilər:

“İcraiyyə Komitəsinin iclasındakı qərar çox önəmlidir. Vətənpərvər olan kəs De Byazinin son 2 matçdakı nəticələrinə deyil, əvvəlki oyunlar baxsın.

Onun bəxti futbolçu sarıdan gətirsə də, yalnış oyun planları fonunda komandamızı qrup lideri edə bilmədi. “Aldanmış Kəvakib”lər olmayaq”.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti