"Biz kifayət qədər yaxşı iş görmüşük" - Bakıdan üzgün dönən

26 Sentyabr 2022 16:20 Milli komanda 549
"Biz kifayət qədər yaxşı iş görmüşük" - Bakıdan üzgün dönən

"Azlıqda oynamaq çətindir, xüsusən də bu səviyyədə.

Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının futbolçusu Ramazan Orazov Bakıda Azərbaycan komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu ilə bağlı "Vesti.kz" saytına müsahibəsində deyib.

24 yaşlı yarımmüdafiəçi 35-ci dəqiqədə Nuralı Alipin qırmızı vərəqə almasından sonra işlərinin çətinləşdiyini bildirib.

Orazov komandasının Millətlər Liqasındakı ümumi nəticəsindən razı olduğunu söyləyib. "Biz kifayət qədər yaxşı iş görmüşük".

Qazaxıstan 13 xalla C Liqasının 3-cü qrupunu ilk pillədə başa vurub. 10 xal toplayan Azərbaycan millisi isə ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti