Qurban Qurbanova qənim kəsilənlər De Byazidə ümid axtarır

26 Sentyabr 2022 23:00 Milli komanda 1 148
Qurban Qurbanova qənim kəsilənlər De Byazidə ümid axtarır

AFFA-nın yeni baş məşqçi axtarışına çıxdığı məqamda son 2 oyundakı qələbə yenə onların fikirlərini qarışdırdı. Ki, bəlkə elə De Byazi ilə davam edək?

Halbuki Canni De Byazinin ikinci dəfə müqaviləsi artırılanda açıqlanmışdı ki, hədəf milli komandanın Millətlər Liqasının C divizionunda qrup lideri olmasıdır. Hardadı o liderlik? Yoxdur! Bəs qoca italiyan niyə anında yola salınmır?

Elə qrupun ilk matçında Qazaxstana uduzan yığma bu arzunun üzərindən xətt çəkmiş, qalırdı rəsmiləşməsi. O vaxtdan Canninin qalması vaxt itkisi idi, hələ qalmışdı indi...

Sona iki tur qalmış isə riyazi hesablamlarla da birinci olmaq ehtimalımız mümkünsüz oldu.

Deməli, italiyan mütəxəssislə hədəfə çatmaq istəyi növbəti dəfə puç oldu. Göndərilməsi üçün lazım olan zəmin yaranmışdı. Lakin qrup oyunlarının bitməsini gözləmək məsləhət olundu. Çünki təzminat məsələsi vardı. Hardasa başadüşülən idi.

Lakin ağıla gəlməyən başa gəldi. Son 3 oyundakı qələbə yenə AFFA rəsmilərinin fikirlərin qarışdırıb. Guya De Byazili komandada nəsə işıq görüblər.

Bəylər, axtardığınız işıq Qurban Qurbanovun millisində vardı. Sona iki tur qalmış şansları bitən yox, son tura kimi şansların saxlayan millidə. Amma həmin işığın yayılmasına aman vermədiniz.

Son tura kimi şansını qoruyan millinin məşqçisini yola salıb da, sona iki tur qalmış həmin şansları itirən millinin məşqçisin saxlamaq hansı məntiqə söykənir?

Əcnəbi lüksü, yoxsa işinizə yarayır?

İllərdi atdığınız addımlarla, verdiyiniz qərarlarla özünüz özünüzü ifşa edirsiniz. Bu da olsun növbətisi. Hə, əksi olsa təəccüblənərik...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti