“Udduğumuz oyunlar Slovakiya və Qazaxıstana lazımsız idi” – ŞOK AÇIQLAMA!

26 Sentyabr 2022 20:40 Milli komanda 1 649
“Udduğumuz oyunlar Slovakiya və Qazaxıstana lazımsız idi” – ŞOK AÇIQLAMA!

“Hər iki oyunu izlədim və çox sevindirici haldır ki, hər iki oyunda da yığmamız qələbə qazandı.

Düşünürəm ki, belə qələbələr millimizə daha da inam verəcək.

Heyətdə cavan oyunçular çoxdur, gələcəkdə bundan da yaxşı nəticələr ola bilər”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının Millətlər Liqasının C Divizionunda keçirdiyi son iki matçında Slovakiya və Qazaxıstan üzərində qazandığı qələbələri şərh edən Rahid Əmirquliyev deyib.

Millinin sabiq yarımmüdafiəçisi qələbələrə rəğmən, üzüntüsünü də gizlətməyib:

“Təəssüf ki, yaxşı nəticələr sonda oldu. İlk turlardan belə qələbələr olsaydı, qrupda lider ola bilərdik.

Düzdür, qrupda ikinci pilləni tutduq, ancaq son iki oyunda məğlub etdiyimiz Slovakiya və Qazaxıstana bu qarşılaşmalar lazımsız idi.

Buna baxmayarq, uşaqlar yaxşı mübarizə apardılar və layiqli qələbələr qazandılar. Bu qələbələr gələcəkdə bizə nəyəsə ümid verə bilər”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti