"Xoşbəxtik və bunun davamlı olmasını istəyirik"

26 Sentyabr 2022 01:00 Milli komanda 326
"Xoşbəxtik və bunun davamlı olmasını istəyirik"

"Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik. Hər 3 qarşılaşmada əlimizdən gələni etdik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı müdafiəçi B Divizionuna yüksələ bilmədikləri üçün məyus olduqlarını bildirib:

"Bunu bacara bilərdik. Qazaxıstanla səfər matçında qalib gəlmək imkanımız var idi. Təəssüf ki, 2-ci hissədə qollar buraxdıq".

Onun sözlərinə görə, şans varsa, yararlanmaq lazımdır:

"Pley-offa vəsiqə qazansaq, əla olar. İstənilən halda, uğurlu seriyanı davam etdirməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!