Mahir Emreli: "Sevmirəm"

26 Sentyabr 2022 00:30 Milli komanda 1 053
Mahir Emreli: "Sevmirəm"

"Oyun tam olaraq nəzarətimiz altında idi.

Bəzi hallarda çatışmazlıqlarımız olurdu? buna baxmayaraq, qələbəyə layiq idik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı hücumçu qrup lideri ola bilməmələrinin səbəbini açıqlayıb:

"Qələbələr gec və liderliyi əldən verdik. Rəqibdən nəsə gözləməyi sevmirəm. Bir məqam ola bilər ki, biz Belarusu Serbiyada məğlub edə bilərdik.

Bir az məyusedici olan budur. Bu tsikldə yaxşı oyun göstərə bildik. Məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik.

Son 3 matçda nəticə də yaxşı oldu. Belə davam etməliyik".

O bildirib ki, hər futbolçu milli səviyyəsində uğur qazanmağı arzulayır: "Belə şans düşsə, inanıram ki, komanda əlindən gələnin artığını edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!