"Çox dərinə gedirsiz, nə De Byazi, nə də rəqibin oyunçuları ilə qərəzim var"

25 Sentyabr 2022 22:20 Milli komanda 660
"Çox dərinə gedirsiz, nə De Byazi, nə də rəqibin oyunçuları ilə qərəzim var"

“Paltardəyişmə otağında da demişdim ki, azlıqda olduğun zaman fiziki güc tapıb mübarizə aparmaq çətindir.

Məşqçilik təcrübəmə baxmayaraq, oyunu dəyişməyə cəhd eləsəm də, oyun əldən getmişdi. Belarusa qarşı keçirdiyimiz matçla müqayisədə nisbətən zəif çıxış etdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Bakıda Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, "Dünən mətbuat konfransında demişdiniz ki, Canni De Byazi ağzının danışığını bilsin. İndi hansı fikirdəsiniz" sualını belə cavablandırıb:

"Çox dərinə gedirsiniz. Nə De Byazi, nə də rəqibin oyunçuları ilə qərəzim var. Biz oyundan sonra da onunla görüşdük. Mən Qazaxıstan yığmasının baş məşqçisiyəm, bizim öz yolumuz var".

Adıyev Millətlər Liqasındakı ümumi çıxışlarından razı qaldığını bildirib:

"Bugünkü məğlubiyyət mənim üçün ağırdır. Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik.

Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Uduzduğumuz zaman buna səbəb axtarırıq. Bizim yolumuz hələ irəlidədir".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu