Azərbaycan yığması Qazaxıstanı məğlub etdi -YENİLƏNİB

25 Sentyabr 2022 21:54 Milli komanda 1 709
Azərbaycan yığması Qazaxıstanı məğlub etdi -YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib.

35-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bundan sonra meydan sahiblərinin hücumlarının kəsəri daha da artıb. 38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib.

65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb.

66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib.

31 yaşlı yarımmüdafiəçi bundan 2 dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb.

83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.

C liqası, 3-cü qrup
25 sentyabr
Azərbaycan – Qazaxıstan - 3:0
Qollar:
Aleksandr Maroçkin, 67 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1
Baş hakim: Harm Osmers
Qırmızı vərəqə: Nuralı Alip, 36
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev
Baş məşqçi: Canni de Byazi
Qazaxıstan: 12. İqor Şatski, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 21. Marat Bıstrov, 18. Timur Dosmaqambetov, 13. Baqdat Kairov, 5. İslambek Kuat (k), 7. Aslan Darabayev, 10. Elxan Astanov, 20. Ramazan Orazov, 6. Abılayxan Jumabek
Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtazayev, 11. Yan Voroqovski, 14. Samat Jarınbetov, 16. Mixail Qabışev, 17. Abat Aymbetov, 19. Talqat Kusyapov, 23. Adilet Sadıbekov
Baş məşqçi: Məhəmməd Adıyev
Bakı. “Dalğa Arena”

1

Qazaxıstan

6

4

1

1

8-6

13

2

Azərbaycan

6

3

1

2

7-4

10

3

Slovakiya

6

2

1

3

5-6

7

4

Belarus

6

0

3

3

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!